Xaçmazda baş verən yol nəqliyyat qəzasında ölən və xəsarət alanların kimlikləri məlum olub.
Oxu.Az APA-ya istinadan xəbər verir ki, hadisə nəticəsində Xaçmaz rayonu, Müşkür kənd sakini 1964-cü il təvəllüdlü Məmmədov Cəfər Abbas oğlu və Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Yarəliyev Allahverən Zülfüqar oğlu ölüb.
Qəza zamanı həmçinin Masallı rayonu, Ərkivan kəndinin sakinləri 1988-ci il təvəllüdlü Cəfərov Cavid Cəfər oğlu və onun qardaşı, 1982-ci il təvəllüdlü Cəfərov Samir Cəfər oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
21:38
Xaçmazda ağır yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadan xəbər verir ki, yol nəqliyyat hadisəsi Qəndob-Yalama yolunun 29-cu km-də baş verib.
İlkin məlumata əsasən, “VAZ 2106” və “VAZ 21015” minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si xəsarət alıb. Ölənlərdən birinin polis mayoru olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.