Məşhur Fransa aktyoru Alen Delon əməliyyat olunub.
Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, A.Delon ayağında qan dövranı ilə bağlı problemə görə Paris xəstəxanalarının birində cərrahi əməliyyat keçirib.
Qeyd edək ki, Alen Delon bu ilin mayında kino karyerasını başa vuracağını bəyan edib.