Heydər Əliyev Mərkəzinin qarşısında “Ceyranlar” sərgisi xüsusi maraq doğurur.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji layihə çərçivəsində “Ceyranlar” sərgisi öz orijinallığı və tərənnüm etdiyi ideya baxımından diqqət çəkir.
Sərgidə nəsli kəsilməkdə olan ceyranlara diqqət cəlb etmək məqsədilə ceyran maketləri hazırlanıb və dünyanın müxtəlif ölkələrindən olan rəssamlar tərəfindən bəzədilib.
Sərgiyə giriş sərbəstdir.