Azərbaycanda bu ilin əvvəlindən 1 may tarixinə qədər ümumi kredit qoyuluşların həcmi 16,25 milyard manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında bildirilir.
AMB-nin məlumatına görə, vaxtı keçmiş kreditlər 0,89 milyard manat və ya ümumi portfeldə 5,5% təşkil edib.
Kredit qoyuluşların 13,75 milyard manatı və ya 84,62%-i Bakı şəhərinin payına düşüb.
Bundan əlavə, Azərbaycanın başqa iqtisadi rayonlarında kredit qoyuluşları belə bölünüb:
Abşeron 0,50 mlrd. manat (3,07%), Aran 0,88 mlrd. manat (5,41%), Dağlıq Şirvan 0,09 mlrd.manat (0,55%), Gəncə-Qazax 0,33 mlrd.manat (2,03%), Quba-Xaçmaz 0,10 mlrd.manat (0,62%), Lənkəran 0,27 mlrd.manat (1,66%), Şəki-Zaqatala 0,14 mlrd.manat (0,86%), Yuxarı Qarabağ 0,06 mlrd.manat (0,37%), Kəlbəcər-Laçın 0,03 mlrd.manat (0,19%), Naxçıvan 0,10 mlrd.manat (0,62%).
Gülnarə Zeynalova
www.oxu.az