Astara, Ağstafa, Ağdaş, Ağdam, Balakən, Cəlilabad, Füzuli, Gədəbəy, İmişli, Qazax, Qusar, Qəbələ, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Ucar, Oğuz, Saatlı, Şabran, Şəki, Tərtər, Tovuz, Yardımlı, Zaqatala, Zərdab şəhər, rayon polis şöbələrində polis sahə inspektoru və cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.
Oxu.Az xəbər verir ki, DİN-in Baş Kadrlar İdarəsindən verilən məlumata görə, cəmi 100 vəzifənin tutulması ilə əlaqədar keçirilən müsabiqə müsahibədən və test imtahanından ibarətdir.
Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 165 santimetrdən yüksək olan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları olan, kişilər iştirak edə bilərlər.
Müsabiqə qaliblərinin elan edilmiş vakant vəzifələrə təyinatından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.
Müsabiqədə iştirak etmək üçün sənədlər 2014-cü il iyun ayının 9-dan iyul ayının 9-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək şəhər, rayon polis idarə və şöbələrində qəbul olunur.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-91-47; (012) 590-92-54.