“Euronews” telekanalı 12-ci Bakı Beynəlxalq Caz Festivalı haqqında süjet təqdim edib.
Oxu.Az xəbər verir ki, reportaj tanınmış qvineyalı musiqiçi Sekou Kouyatın ifası ilə başlayır. Telekanalın jurnalisti Volfanq Şpindler Bakıda keçirilən caz festivalının möhtəşəmliyindən söz açır.
Süjetdə festivalın direktorlarının müsahibəsi də təqdim olunub. Qeyd olunur ki, oktyabrın 28-dək davam edəcək festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa və Azərbaycanın caz kollektivləri iştirak edir.
A.S.
www.oxu.az