Fransa aktyoru və bəstəkarı Pyer Baru 83 yaşında Paris şəhərində dünyasını dəyişib.
Oxu.Az bu barədə Report-a istinadla xəbər verir.
Məlumata görə, bəstəkar infarkt keçirib.
Pyer Baruya Klod Leluşun 1966-cı ildə ekranlaşdırdığı “Kişi və qadın” filmi məşhurluq gətirib. O, rol aldığı filmin musiqisini də özü yazıb. Ekran əsəri Kann kinofestivalının laureatı olub və iki “Oskar”a layiq görülüb.
A.C.
www.oxu.az