Xəbər verdiyimiz kimi, Türkiyə istehsalı olan və çoxdandır gözlənilən “Kurtlar Vadisi Vatan” filmi 29 sentyabrda nümayiş olunacaq.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 15 iyul hərbi çevriliş cəhdindən bəhs edən ekran əsərində Fətullah Gülən (Fəthullah Gülən təşkilatının ( FETÖ) üzvlərinin rəhbəri) obrazını aktyor Yücel Erten canlandırıb.
“Ən çətin rolum idi. Vəziyyətə peşəkarcasına yanaşdım”, - deyə Yücel Erten söyləyib.
Xatırladaq ki, “Kurtlar Vadisi Vatan”ın anonsu yayımlandıqdan sonra 24 saat içində 780 000 baxış sayı ilə “Youtube”da birinci sıraya yüksəlmişdi.
A.S.
www.oxu.az