Şabran rayonunun Kilvar kəndində yerləşən, IV-VI əsrlərə aid olduğu ehtimal edilən alban kilsəsi məhv olmaq üzrədir.
"Kilsənin tavanı tamamilə uçub. Divarları mamır bağlayıb, kərpicləri düşüb", - tarixçi Rüfət Mürsəlov deyib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən ərazidə mühafizə tədbirləri həyata keçirilib və tarixi tikilinin qorunması istiqamətində işlər görülür.
Qurumdan, həmçinin qeyd edilib ki, abidənin bərpa və konservasiyası üçün layihənin növbəti illərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına icrası planlaşdırılır və bu məqsədlə sözügedən obyektin müvafiq siyahıya daxil edilməsi nəzərdə tutulur.
Daha ətraflı Baku TV-nin videomaterialında: