Bu gün xanəndə, muğam ustası, Xalq artisti Əbülfət Əliyevin doğum günüdür. O, 1926-cı ildə Şuşada anadan olub.
Oxu.Az xəbər verir ki, Ə.Əliyev Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Xanəndə “Leyli və Məcnun” operasında Məcnun, “Əsli və Kərəm”də Kərəm, “Aşıq Qərib”də Qərib, “Şah İsmayıl”da Şah İsmayıl obrazlarını böyük məharətlə ifa edib.
“Mədəniyyət salnaməsi. Əbülfət Əliyev” qısametrajlı sənədli televiziya filmi (2004) xanəndənin həyat və yaradıcılığına həsr olunub.
O, 27 dekabr 1990-cı ildə vəfat edib.
A.S.
www.oxu.az