Xalq artisti Hacı Murad Yagizarov İkinci Fəxri xiyabanda dəfn olunub.
Oxu.Az bununla bağlı "Report"a istinadən xəbər verir.




Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir məscidində vida mərasimi keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, digər dövlət qurumlarının rəsmiləri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak ediblər.
Vida mərasimindən sonra Xalq artistinin cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.
Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir məscidində vida mərasimi keçirilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.
Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycana gətirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, cənazəni gətirən təyyarə Bakıya eniş edib.
Mərhumla bu gün Təzəpir məscidində vida mərasimi keçiriləcək.
Daha sonra nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Hacı Murad Yagizarov sentyabrın 13-də uzun sürən xəstəlikdən sonra Almaniyada vəfat edib.