Bu gün bəstəkar, Əməkdar incəsənət xadimi, professor, Xalq artisti, “Şöhrət” ordeni laureatı Xəyyam Mirzəzadə 81 yaşını qeyd edir.
Oxu.Az xəbər verir ki, o, 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub. 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub.
Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.
Haqqında “Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə - 75” adlı sənədli film çəkilib.
A.S.
www.oxu.az