İyulun 29-da “YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün “Tematik təsviri incəsənət” adlı ustad dərsləri keçiriləcək.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, rəssam Nərminə Bağırova tərəfindən aparılacaq ustad dərslərində 3-12 yaşlı uşaqlar iştirak edəcəklər.
Dərslərdə uşaqların fikirləri üzərində nağılların yazılması, onların sevimli personajları və qrup iştirakçılarının fikirləri üzərində ümumi kollajın yaradılması mövzularından danışılacaq. Eyni zamanda, balacaları maraqlandıran suallar cavablandırılacaq.
E.Ə.
www.oxu.az