Suallara Preston (İslamabad) Universitetinin Beynəlxalq münasibətlər departamentinin rəhbəri Sohail Mahmud cavab verir.
- Azərbaycan-Pakistan münasibətlərinin perspektivlərini prezident Məmnun Hüseynin Azərbaycana səfəri kontekstində necə dəyərləndirirsiz?
- İki ölkə arasında ikitərəfli əlaqələr zaman keçdikcə möhkəmlənir. Strateji əməkdaşlıq bütün region üçün mühüm hadisədir. Bu strateji əlaqələr gələcəkdə də inkişaf edəcək, belə ki, ölkələr bir-birinə daha da yaxınlaşır. Pakistan-Azərbaycan strateji münasibətlərinin gələcəyi çox parlaqdır.
- Bu münasibətlərin iqtisadi tərkibi haqqında nə düşünürsünüz?
- Ölkələr arasında iqtisadi əlaqələr artır və onların gələcəyi perspektivlidir. Dostluq münasibətləri əlbəttə ki, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə gətirib çıxaracaq.
- İslam həmrəylik problemi sözügedən səfər zamanı iki ölkə rəhbərliyi tərəfindən müzakirə edilən məsələlər sırasında idi. Azərbaycan və Pakistan dünya İslam həmrəyliyinin möhkəmləndirilməsi məqsədi ilə hansı rolu oynaya bilərlər?
- İki ölkə qalan İslam dünyası ilə əməkdaşlıq modelinin nümunəsi ola bilərlər. Bu iki ölkə türk qardaşları ilə bərabər bütün müsəlman ölkələri arasında daha sıx əlaqələrin əsasını təmin etməlidirlər.
- Azərbaycan və Pakistan Kəşmir və Qarabağ böhranları üzrə qarşılıqlı dəstək göstərirlər. Bu dəstəyin münaqişələrin tam həllinə qədər göstəriləcəyinə etibar etmək olarmı?
- Bəli, sözsüz, bizim qarşılıqlı dəstəyimiz hər iki mübahisəni həll etməyə yardım edəcək. Ona görə də ölkələrimizin bu problemlərinin həlli üçün gələcəkdə də sıx əməkdaşlığı inkişaf etdirəcəyini gözləmək lazımdır.
- Bu, Ermənistanın Azərbaycan ərazisindən ordusunu çıxarmayana qədər, bu ölkə ilə Pakistanın diplomatik münasibətləri düzənə salmağa səy göstərməyəcəyi deməkdir?
- Pakistan Azərbaycan ilə dostluğunu qiymətləndirir və onun arzusuna zidd olan heç bir addımı atmaz. Azərbaycan Ermənistanı tanımayana qədər Pakistan da onu tanımayacaq. Bu, yalnız Ermənistan işğal edilmiş əraziləri azad etdikdən sonra mümkün ola bilər.
Bununla yanaşı, bunun bu yaxınlarda baş verəcəyi şansı da azdır. Münaqişənin həllinə müxtəlif amillər mane olur. Pakistan sözsüz ki, Qarabağ məsələsində azərbaycanlı qardaşlarının yanında olacaq. Ölkələrimiz arasında əlaqələr çox güclüdür, onlar zaman keçdikcə daha da möhkəmlənir.