Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bu azərbaycanlı hakimlərə diplomatik pasport veriləcək
Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək.
Oxu.Az-ın xəbərinə görə, parlamentin martın 5-də keçirilən plenar iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə baxılıb.
Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Onun sözlərinə görə, dəyişiklik qanunun 6-cı (Diplomatik pasport) maddəsinə olunub.
“Yəni dəyişikliyə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək”, - deyə komitə sədri əlavə edib.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
Kamil HƏMZƏOĞLU
"Əli Hüseynli" teqi üzrə xəbərlər
- Rusiyada neokolonializmə dair beynəlxalq forum keçiriləcək
- “Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqdimat mərasimi keçirildi - FOTO
- Əli Hüseynli: “2023-cü il məhkəmə-hüquq sahəsində mühüm yeniliklərlə yadda qaldı” - FOTO
- Bu gün ölkəmizdə “Vəkil Günü” qeyd edilir
- Əli Hüseynli: “Artıq 20 ildir işləyən, formalaşmış seçki konfiqurasiyası özünü doğruldub”