Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ukraynanın Xarici İşlər naziri Azərbaycana gələcək
Ukrayna Xarici İşlər naziri Vadim Pristaykonun Azərbaycana səfəri gözlənilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev məlumat verib.
Səfir bildirib ki, Vadim Pristaykonun Bakıya səfəri bu ilin dekabr ayında baş tuta bilər:
“Noyabr ayının 5-də Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə üzv ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilən tədbir çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov və Ukrayna Xarici İşlər naziri cənab Vadim Pristayko arasında görüş keçirilib.
Həmin görüşdə nazirimiz həmkarını Azərbaycana səfər etməyə dəvət edib. Ümidvarıq, cənab Pristayko yaxın aylarda öz sıx iş cədvəlində vaxt taparaq, bir sıra ikitərəfli məsələlərin müzakirəsi üçün Bakıya səfər edəcək və bu səfər daha sonra da Ukraynanın Prezidenti cənab Vladimir Zelenskinin Azərbaycana səfəri üçün zəmin yaradacaq”.
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib