“Mən ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqlə görüşdüm. Görüşdə Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı vandalizm aktı müzakirə olundu. Bildirdim ki, erməni icmasının 3000-ə yaxın üzvü Azərbaycan icmasının dəfələrlə az, 50-yə yaxın üzvünə Los-Ancelesdə hücum edib, xəsarətlər yetirib” .
Oxu.Az-ın xəbərinə görə, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov mətbuat konfransında deyib.
Onun sözlərinə görə baş verən hadisələrdə polis tam olaraq Azərbaycan icmasının nümayəndələrinin və baş konsulluğun toxunulmazlığını qoruya bilməyib.
“Bunu Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri də etiraf etdi. Bildirdi ki, polis tərəfindən araşdırmalar başlanılıb, baş verən təxribata görə səbəbkar olan insanlar məsuliyyətə cəlb olunacaq.
Bu təxribatın törədilməsinə görə hüquqi qiymət veriləcək. Bu cür görüşlərimiz digər ölkələrin nümayəndəlikləri ilə də aparılacaq”.
Nazir müavini: “ABŞ polisi soydaşlarımızı qoruya bilmədi” - VİDEO
Aqşin Kərimov