27 
Okt
2022
14:39
100
15
1275
Virtual karabakh

ADA Universitetində dahi Nizaminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib - FOTO

27 Okt, 2022
14:39
1275

ADA Universitetində dahi Nizaminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ADA Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş “Nizami Gəncəvi: şair və müdrik. Dəyərlər və müdrikliyə aparan yol” adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, qonaqları salamlayan ADA Universitetinin rektoru Hafiz Paşayev dahi şair və mütəfəkkir Nizami Gəncəvinin bəşər tarixində silinməz iz qoyduğunu, onun yaradıcılığının və humanizm prinsiplərinin bu gün də aktual olduğunu vurğulayıb.

O, 10 illik yubileyini qeyd edən Nizami Gəncəvi Mərkəzinin həmsədrlərinə bu tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin görkəmli şair və mütəfəkkirin mühüm irsindən danışıb.

Onun sözlərinə görə, Nizami Gəncəvinin şəxsiyyəti və yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün dünyada tanınır.

ISESCO-nun keçmiş Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bu il 10 illik yubileyini qeyd edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin şairin yaradıcılığının dünyada tanıdılmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

BMT Baş Assambleyasının keçmiş sədri Volkan Bozkır bu gün dünyanın müxtəlif problemlərlə, o cümlədən ərzaq qıtlığı ilə üzləşdiyini bildirib:

“Problemlərin birinci mərhələsi COVID pandemiyası dövrünə təsadüf etdi, biz buna hazır deyildik. İkinci qlobal problem Rusiyanın Ukraynaya qarşı təcavüzü və bu müharibənin enerji böhranına və taxıl təchizatı ilə bağlı problemlərə səbəb olan fəsadlarıdır.

O bildirib ki, bir sıra ölkələr ərzaq qıtlığı ilə üzləşdiyindən ərzaq təhlükəsizliyi planet üçün ciddi problemə çevrilib.

Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili öz növbəsində deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti bu cür aktual qlobal problem və çağırışlara cavab tapmağa imkan verir.

PhotoStock.az sözügedən tədbirdən fotoreportaj hazırlayıb.

Daha çox şəkil burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri