Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Aleksey Xlopotov: “Fransa Ermənistanı “camaşırxana”ya çevirmək istəyir - MÜSAHİBƏ
“Fransa silahlarının Ermənistana tədarükü hərbi deyil, daha çox, siyasi xarakter daşıyır”.
Bunu Oxu.Az-a müsahibəsində rusiyalı hərbi ekspert Aleksey Xlopotov Fransanın “Bastion” zirehli texnikasının İrəvana satışını (mətbuatın yazdığına görə, Ukrayna bundan imtina edib) şərh edərkən deyib.
- Ukraynanın imtina etdiyi bir neçə “Bastion” maşını artıq Ermənistana gətirilib. Həmçinin bildirilir ki, İrəvanın üç ortamənzilli “Ground Master 200” radarı və “Mistral” zenit-raket komplekslərinin alınması ilə bağlı Parislə müqavilələri var. Siz bu haqda nə düşünürsünüz?
- “Bastion” zirehli maşınlarına gəlincə, bunlar supermürəkkəb və ya superciddi nəsə yoxdur. Əslində, onlar heç bir şəkildə ordunun döyüş effektivliyinə təsir göstərmir, xüsusən də bu qədər az sayda.
Radarlar və zenit sistemləri bir az fərqli məsələdir, fransızlar bu sahədə həmişə yaxşı inkişaf ediblər. Bunlar keyfiyyətli sistemlərdir. Ermənistanda ordunun Azərbaycanın pilotsuz uçan aparatlarının (İkinci Qarabağ müharibəsi zamanı - red.) hücumlarından necə əziyyət çəkdiyini yaxşı xatırlayırlar. Hava məkanına birtəhər nəzarət etmək lazımdır. Əgər pul varsa, niyə də almasınlar?! Ermənistanın əlavə vəsaitinin olmasına şübhə etməyimsə başqa məsələdir.
Gələcəkdə tədarük olunacağı bildirilən üç radar və zenit-raket kompleksləri qlobal miqyasda güc balansına təsir etməyəcək, lakin bəzi ərazilərdə onlar Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin vəziyyətini yaxşılaşdıra bilər.
- Bir çox nəşrlər yazır ki, Fransa ya artıq erməni hərbçilərinə təlim keçib, ya da etməyi planlaşdırır. Fransanın təlim sistemi NATO standartlarına uyğundurmu, yoxsa onun özünəməxsus xüsusiyyətləri var? Bəs sovet standartları ilə qurulan Ermənistan ordusunun yeni standartlara keçməsi nə dərəcədə asandır?
- Fransa sisteminin özünəməxsus kiçik xüsusiyyətləri var. Ümumiyyətlə, xatırlatmaq istərdim ki, Fransa gah NATO-ya daxil olur, gah da NATO-dan çıxırdı. Amma ümumilikdə Fransanın təlim standartları NATO-dan çox da fərqlənmir. Lakin bu, Ermənistan ordusunun döyüş qabiliyyətinə təsir edə biləcək real hərəkətlərdən daha çox, Fransa və Ermənistanın siyasi, nümayişkaranə addımlarıdır. Bu, İrəvanın Moskvaya erməni tərəfinin Qərbi sevməyə başladığını göstərmək cəhdindən başqa bir şey deyil.
Ermənistan silahlı qüvvələrinin bütün tərkibini aşağıdan yuxarıya qədər yenidən hazırlamaq üçün illər lazım olacaq. Müvafiq idarəetmə sistemini tətbiq etmək lazımdır və s. Bu qlobal işdir. Uzun müddətdir NATO ilə ciddi əməkdaşlıq edən Ukraynaya baxın, ukraynalı mütəxəssislər Qərbdə yetişdiriliblər. Amma orada belə, Qərb sistemini tamamilə yenidən qurmaq mümkün olmadı. Bu halda NATO ilə hərbi əməkdaşlıqda ilk cəhdlərini edən Ermənistan haqqında nə deyə bilərik?!
- Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək cəhdi, ona silah tədarükü vəd etməsi artıq Parislə Bakı arasında ciddi böhrana səbəb olub. Aydın məsələdir ki, fransızlar burada mövqe qazana bilməyəcəklər. Amma nədənsə belə aşkar anti-Azərbaycan demarşları edirlər. Fransa Senatının qətnaməsini xatırlayın...
- Bütün Qərb diplomatiyası hər iki ayağından topaldır. Bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Lakin fransızlar müəyyən mənfəət əldə etməkdən ötrü Ermənistanı Avropa pullarını yumaq üçün “camaşırxana”ya çevirmək məqsədilə oraya girməyə çalışdılar. Nəticədə onların Bakı ilə arası dəydi. Amma Fransanın Qazaxıstandan atom elektrik stansiyaları üçün urana ehtiyacı var və o, ancaq Azərbaycan ərazisindən tranzitlə çatdırıla bilər. Bütün bunlar Fransa üçün necə nəticələnəcək? Beləliklə, Paris hansısa yolla Bakı ilə danışıqlar aparmalı olacaq.
Nair Əliyev
"Fransa" teqi üzrə xəbərlər
- Fransada rüsvayçılıq - Uşaqların Yeni il hədiyyələrinə göz dikilib
- Çad hakimiyyəti Fransadan qoşunları 31 yanvaradək çıxarmağı tələb edib
- Fransada qalmaqallı məhkəmə başa çatdı: 10 il ərzində qadına təcavüz edən 51 kişiyə hökm oxundu
- Fransada milli matəm elan edilib
- Pol Poqbanı qaçırıb pul tələb edən qardaşına hökm oxundu
Rəylər