Əsası 1986-cı ildə İtaliyanın Verona şəhərində qoyulmuş Calzedonia şirkəti Azərbaycanda rəsmi mağazasını açmaq istəyir.
Oxu.Az xəbər verir ki, hazırda dünya üzrə 1470 min dükanı özündə birləşdirən şirkətin İtaliya mətbuatına verdiyi son açıqlamasında yeni mağazaların açılacağı ölkələr arasında Azərbaycanın da adı çəkilib.
Dünyanın ən məşhur qadın çimərlik paltarları, xüsusilə də bikini istehsalçısının press-relizində vurğulanır ki, bu, qarşıdakı bir neçə ildə baş tutacaq.
Qeyd edək ki, Calzedonia şirkəti franşiza əsasında digər ölkələrdə nümayəndəliklər açır. Yəni, konkret sərmayədar şirkətlə razılığa gələrək, öz ölkəsində onun nümayəndəliyini açmaq üçün icazə alır. Bununla əlaqədar olaraq, şirkətin açılması barədə təklifin azərbaycanlı iş adamlarından gəldiyini söyləmək olar.
26 il əvvəl yaradılsa da, bu gün də Calzedonia şirkətinin satış strategiyası bazarda birinci yerdə qalmaqdadır: mağazaların aktual və cəlbedici görünüşünə əsaslanmış etibarlı françayzinq şəbəkəsi geniş sayda istehlakçıların tələblərini ödəyir. 






