Teleaparıcı Nurlana Cəfərovanın keçmiş həyat yoldaşı Mehmet Uğur Aydın ailə həyatı qurub.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, ötən ilin fevral ayında aparıcı ilə ayrılan Uğur Aydının toyu fevralın 19-da baş tutub.
Türkiyə vətəndaşı olan Aydının toy mərasimi yerli restoranların birində təşkil olunub.
O, iş yoldaşı Aysel Zeynalova ilə münasibətlərini rəsmiləşdirib.
Toyda Məryəm Şabanova, Əkbər Əliyev kimi məşhurlar da iştirak edib.
Xatırladaq ki, Nurlana ilə Mehmet 2015-ci ildə ailə həyatı qurub. Teleaparıcı cəmi 3 ay evli olduğunu açıqlayıb.
Cütlüyün rəsmən boşanma xəbəri isə 2016-cı ilin fevral ayında yayılmışdı.
A.S.
www.oxu.az