Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Aysel Əlizadə Xoşqədəm Hidayətqızını məhkəməyə verdi - VİDEO
Xəbər verdiyimiz kimi Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində Turanə adlı qadın müğənni Aysel Əlizadənin onun ailəsini dağıtdığı haqda ilginc açıqlamalar verib. Proqramda yaşanan gərgin anlardan sonra məsələ daha da böyüyüb.
Oxu.Az xəbər verir ki, Ayselin vəkili Ruhin Yolçuyev Xoşqədəm Hidayətqızına məktub yollayıb.
Xoşqədəm isə məktubda yazılanları canlı efirdə səsləndirib. Nəticə etibari ilə müğənni Aysel Əlizadə Xoşqədəm Hidayətqızını məhkəməyə verib. Qeyd olunub ki, Turanə adlı şəxs tərəfindən şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirilmiş, təhqir edilmiş Ayselin şəxsi və ailə həyatı ilə bağlı məlumatlar razılığı olmadan yayımlanıb.
X. Hidayətqızı Ayselə efir vasitəsi ilə müraciət edib və studiyaya gəlib özünün şəxsən yaşananlarla bağlı açıqlama verməsini istəyib. “Bu cür gözəlliyə sahib olan, gənc qız dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz. Buna görə məni məhkəməyə verirsənsə, get ver. Azərbaycanda namuslu qızların sayının çox olmasını istəyirəm”.
Посмотреть эту публикацию в InstagramXoşqədəm Ayselin ona ünvanladığı məktubu oxudu. yazır ki... FACEBOOK ÜNVANIMIZ: "SİZİN ŞOU"
Veriliş aparıcısı səsi olmayan müğənnilərin efirə buraxılmasının doğru saymadığını deyərək, uşaqların onlara baxıb pis örnək götürdüyünü bildirib.
Qeyd edək ki, Turanə “Yetim” ləqəbli ərinin müğənni Aysel ilə sevgi yaşadığını və ona “Porshe” markalı lüks avtomobil aldığını söyləyib. Həmçinin Turanə həyat yoldaşı Elçin Nəcəfovun avtosalonlara malik olduğunu və tikinti işi ilə məşğul olduğunu dilə gətirib.
Rəşad Əliyev
Mövzuya aid xəbərlər
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər