“Azərbaycan gözəli - 2016”-nın qalibi Günel Ağayeva Türkiyənin ATV telekanalında yayımlanan “Esra Erolda” evlilik proqramına qatılıb.
Oxu.Az xəbər verir ki, o, verilişdə türkiyəli iştirakçı Mustafa üçün iştirak edib.
Model altı aydır İstanbula köçdüyünü və orada aktrisalıq dərsləri aldığını söyləyib.
Mustafa proqramın qaydalarına görə, həmyerlimizlə çay içməyə razı olub.
A.S.