Aktyor Cövdət Şükürovun atası Afiq Şükürov dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə aktyor Tural Ağayev sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, Cövdət Şükürov 1989-cu il, aprelin 8-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və Kino fakültəsini bitirib.
O, “Sadəcə sev”, “Cehizsiz gəlinlər” və digər film, seriallarda rol alıb.
A.S.
www.oxu.az