Türkiyəli müğənni Ebru Polat Azərbaycana gəlməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, ifaçı iyulun 5-də Nabranda, Malibu istirahət mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, ifaçı bu ilin aprel ayında nişanlanıb. O, hər kəsdən gizli saxladığı nişanlısı ilə İtaliyanın Milano şəhərində ailə quracağını söyləmişdi.
Xatırladaq ki, müğənninin adı bir aralar azərbaycanlı iş adamı ilə hallanırdı.
Aytən Sadıqzadə
www.oxu.az