Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanlı vizajist xariqələr yaradır – FOTO
“Daily Mail” saytında gənc azərbaycanlı vizajist haqqında məqalə dərc olunub.
Artıq neçə ildir ki, istedadlı vizajist Anar Ağakişiyevin makiyaj vasitəsilə etdiyi inanılmaz transformasiyaları hamını heyran qoyur.
32 yaşlı Anar Bakıda yaşayır, hətta ən yaşlı qadınlarda belə üz qırışlarını, yaşla əlaqədar xətləri faktiki olaraq görünməz etməklə, müştərilərinin yaşını məharətlə gizlədə bilir.
Bu yaxınlarda sosial şəbəkələrdə Anar iki yeni makiyaj fəndini nümayiş etdirib. Maraqlıdır ki, demonstrativ xarakterli görüntüdə makiyaj olunan müştərilərin ikisinin 80 yaşı olub.
Anar Ağakişiyevin Gözəl Akademiyasına baş çəkmiş qadınlardan biri tam makiyajsız, saçları isə qısa olub, üzündə yaşla əlaqədar qırışları açıq-aydın görünüb.
Habelə, Anar və onun stilistlərdən ibarət komandası işi başa çatdırdıqdan sonra yaşlı qadın qəhvəyi saçları, sağlam və nəşə saçan siması, uzun kirpikləri ilə göz oxşayıb.
“O, həqiqətən, öz yaşından 20 il cavan görünür, siz əsl sehrbazsınız”, - deyə fanatlarından biri yazıb.
“Aman Allahım, siması necə də inanılmaz şəkildə dəyişdi! O, yaşından daha cavan görünür, üz dərisində və boğaz nayihəsində qırışlar əhəmiyyətli dərəcədə azalıb”, - deyə başqası heyran qalıb.
İkinci 80 yaşlı xanımın makiyajı zamanı yaşla bağlı dəyişiklikləri gizlətmək üçün Anar daha bəyaz çalarlardan istifadə edib: tutqun-çəhrayı rəngli dodaq boyası, dəqiq çəkilmiş qaşlar və həcmli saç düzümü.
Bir çoxları onu fotoşopdan istifadə etməkdə ittiham etsə də, o, bu iddiaları təkzib etmək, transformasiyaların həqiqi olduğunu sübut etmək üçün müntəzəm olaraq oxşar videoçarxlar paylaşır.
Heç də bütün sirləri açmayan Anar etiraf edir ki, onun ən çox sevdiyi makiyaj brendi “Huda Beauty”dir. O, bu brendi digərlərindən üstün tutur və mütəmadi olaraq üz transformasiyalarında həmin brendin mat dodaq boyalarından istifadə edir.
İşində müraciət etdiyi digər brendlər – “Anastasiya Beverly Hills”, “Too Faced”, “House of Lashes” və “Mikasa Beauty” brendləridir.
Anar Ağakişiyev tibbi məktəbdə təhsilini yarımçıq qoyub və usta-vizajistə çevrilməzdən əvvəl bir müddət bərbərliklə məşğul olub.
Sonradan Moskvaya köçüb və orada vizaj və saç ustalığı sənəti üzrə fərdi kurslara gedib. Vizaj üzrə əsas bilik və bacarıqları mənimsədikdən sonra Almaniya, İtaliya və İspaniya kimi ölkələrdə master-klasslarda iştirak etməyə başlayıb.
Təhsilini başa vurduqdan sonra Azərbaycanın aparıcı ulduzları ilə işləməyə başlayıb, öz sahəsində kifayət qədər şöhrət qazanıb.
Anar Ağakişiyevin meneceri Könül Seyidova bildirib ki, transformasiya ideyası onda toyda iştirak etməli olan 60 yaşlı tanış bir xanımı makiyaj edən zaman doğub.
“Qadının simasını tam olaraq dəyişmişdi”, - deyə Könül Seyidova bildirib.
İnternetdəki uğuru Anarı 2017-ci il ərzində 12 qadının iştirakı ilə yeni layihəyə başlamağa ilhamlandırıb. Hər ay bir qadının inanılmaz transformasiyasının fotoşoşəkilləri nümayiş olunub. Hər qadına makiyaj, saç düzümü daxil olmaqla, orta hesabla 2 saat vaxt sərf edilib.
“Onun böyük ambisiyaları var və hər zaman yeni çağırışların axtarışındadır”, – deyə Seyidova bildirib:
“O, qadınların 10 yaş daha cavab görünməsini istəyir”.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər