Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
!["Diddi işi"ndə yeni dönüş: Reper hücuma keçir](https://images.oxu.az/2025/02/05/AlnBodhtIvgLvAN3V8iX9xUklZ5QM1D7yWB2IhiC:1200.webp)
"Diddi işi"ndə yeni dönüş: Reper hücuma keçir
ABŞ-də insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur reper Diddi (əsl adı - Şon Kombs) əks-hücuma keçib - onu zorakılıqda ittiham edən qadınlara qarşı qarşılıqlı iddia qaldırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "People" nəşri öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilib ki, fevralın 4-də "Ceyn Dou" şərti adı altında iki qadın məhkəməyə iddia ərizəsi verib. Hər iki qadın 1990-cı illərdə hip-hop səhnəsində fəal olub və tez-tez reperlə qarşılaşıb.
Onlardan biri Diddinin bir neçə ştatda ona qarşı cinsi zorakılıq törətdiyini bildirib. Qadın Kombsun onu evindəki qonaqlığa xidmət göstərmək üçün işə götürdüyünü deyib. O iddia edib ki, ifaçı ona içki verib, bundan sonra o, huşunu itirib və təcavüzə məruz qalıb. Birinci Ceyn bu hadisənin kameraya çəkildiyini ehtimal edib.
İkinci Ceyn Dou da oxşar vəziyyətlərdən danışıb və qeyd edib ki, Diddi tərəfindən təcavüz halları bir neçə dəfə olub.
Kombsun vəkilləri qadınların ittihamlarını təkzib edərək, reperin heç vaxt cinsi zorakılıq törətmədiyini və insan alveri ilə məşğul olmadığını bildiriblər. Onlar qarşılıqlı iddialar qaldırıblar.
"Əvvəllər dediyimiz kimi, cənab Kombs gülünc və ya açıq-aşkar yalan olan iddialara cavab olaraq hər yeni fəndi cavablandıra bilməz. Cənab Kombs və onun hüquq komandası faktlara və məhkəmə prosesinin düzgünlüyünə tam əmindir", - deyə bəyanatda bildirilib.
"P.Diddi (Puff Daddy, Diddy, Şon Kombs)" teqi üzrə xəbərlər
- Diddi işinin şok detalları: Yeni qurbanlar və cinayətlər ortaya çıxdı
- "Eynilə baba kimi": Castin Biber yeni görünüşü ilə pərəstişkarlarını şoka saldı
- Diddi həmləyə keçdi: 50 milyon dollarlıq məhkəmə iddiası
- Diddi Castin və Heyli Biberin ayrılmalarına səbəb ola bilər
- Reper Diddi kannibalizmdə ittiham olunur
Rəylər