Ötən gün “Buta Palace”da möhtəşəm toy mərasimi keçirilib.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, toyda məşhur aparıcı İvan Urqant, müğənni Valeriy Meladze, həmçinin azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov iştirak edib.
Toyun səbəbkarları Fərid Əlizadə və Ülkər xanım olub. Bəyin sahibkar olduğu bildirilir.
Dəbdəbəli mərasimin aparıcısı rusiyalı müğənni və şoumen İvan Urqant olub.
Bildirilir ki, toy mərasimi üçün “Buta Palace” sarayını bir ay ərzində bəzəyiblər.
S.B.
www.oxu.az