Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fədayə Laçın: Tale məni yaman yerdə sınadı - VİDEO
Xəbər verdiyimiz kimi məşhur müğənni Fədaya Laçın azadlığa çıxıb.
Oxu.Az xəbər verir ki, “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” proqramının aparıcısı canlı efirdə iki illik məhbus həyatından sonra azadlığa çıxan Fədaya Laçınla telefon bağlantısı yaradıb.
Fədaya Laçın iki il ərzində onun yolunu səbirsizliklə gözləyən sevənlərinə və onu hər zaman dəstəkləyənlərə səslənərək ürək sözlərini dilə gətirib:
“Çox yaxşıyam. Allah heç kimi ailəsindən uzaq salmasın. Ailəmdən iki il ayrı düşdüm. Allah bunları heç kimə qismət etməsin. Bütün məhbus yaşayan insanların qapısı açılsın. Xalqımızın qarşısında baş əyirəm. Ora düşdüyüm üçün bütün sevənlərimin qarşısında üzr istəyirəm. Bir daha onları üzməyəcəyəm. Tale məni yaman yerdə sınadı.
Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə iki ilə endirilib və o, bu gün azadlığa buraxılıb.
Rəşad Əliyev
Rəylər