ATV-nin “Çox gəzən bilər” verilişinin aparıcıları Fərid Rəsul ilə Mirsəməd Cəfərlinin BƏƏ-yə (Birləşmiş Ərəb Əmirlikləri) səfəri davam edir.
Oxu.Az xəbər verir ki, teleaparıcılar bu dəfə Abu-Dabiyə üz tutublar.
Proqramda Fərid Rəsulun həyəcanlı uçuşunu, Abu-Dabinin gözəl məkanlarını və daha möhtəşəm mənzərələrini izləmək şansınız olacaq.
Veriliş bu gün, 9 mart saat 23:00-da ATV-də yayımlanacaq.
Verilişin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az