Rusiyanın Xalq artisti Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçova ilə bağlı yuxular gördüyünü etiraf edib.
Bu barədə Oxu.Az "TV Mail" nəşrinə istinadən məlumat verir.
59 yaşlı müğənninin sözlərinə görə, o, bu cür yuxuları yaxşı əlamət hesab edir, çünki həmin yuxulardan sonra həyatında mütləq xoş hadisələr baş verir:
"Yuxunun süjetindən danışmayacağam, çünki onları xatırlamıram. Amma onu yuxuda gördüyümü aydın xatırlayıram. Yuxuma girən kimi həyatımda mütləq nəsə yaxşı bir şey baş verir. Onu yuxuda görmək xoşuma gəlir", - deyə Filipp Kirkorov bildirib.
Müğənni etiraf edib ki, uzun illərdir əlaqə saxlamasalar da, Puqaçovaya əvvəlki kimi böyük istilik və minnətdarlıq hissi ilə yanaşır:
"Mənim qoruyucu mələyim anamdır, Alla Borisovna isə mənim ilham pərimdir. Belə olub, var və olacaq", - deyə o vurğulayıb.
Xatırladaq ki, 1994-cü ildə Sankt-Peterburqun o vaxtkı meri Anatoli Sobçak Alla Puqaçova ilə Filipp Kirkorovun nikahını qeydiyyata alıb. Ulduz cütlük 11 il evli olub. 2011-ci ildə isə Primadonna parodist Maksim Qalkin ilə ailə qurub.