Fransanın tanınmış modelyeri, Paris modasının əfsanəsi sayılan dizayner Sonya Rikel vəfat edib.
Oxu.Az bu barədə “France24” portalına istinadən xəbər verir.
Modelyer 86 yaşında dünyasını dəyişib. O, Parkinson xəstəliyindən əziyyət çəkirdi.
17 yaşından moda ilə məşğul olan modelyer, ilk dəfə 1962-ci ildə hamilə xanımlar üçün geyimin dizaynı verib. Onu “Trikotajın kraliçası” adlandırırdılar.
A.S.
www.oxu.az