Hollivud ulduzu Jessica Chastain və sevgilisi Gian Luca də Preposulo Manhattanda 5.1 milyon dollara ev alıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, dörd otaqlı evi digərlərindən fərqləndirən cəhət isə evdə iki ruhun yaşadığı haqda məlumatların dolaşmasıdır. İllərdir ki, “Pərili ev” adlandırılan mənzildə iki ruhun gəzdiyinə inanılır. İllər əvvəl bu binada yaşayan və 1932-ci ildə yol qəzasında ölən Alman opera ifaçısı Johanna Gadski ilə memar Alfredo Taylorın ruhlarının hələ bu evdə gəzdiyi deyilir.

1978-ci ildə isə aktyor Gig Young və həyat yoldaşı Kim Schmidt bu mənzildə intihar etmişdi. Young əvvəl arvadını, sonra özünü vurmuşdu.

Evin bundan əvvəlki sahibi Naomi Guffman evdə qarabasmaları hiss etdiyini söyləyir:
"Bir dəfə ərimlə dəhlizdə söhbət edərkən tualetdə sifon çəkildi. Zaman -zaman qapılar öz-özünə açılıb bağlanırdı. Soba özbaşına yanmağa başlayırdı."

1971-ci ildə evə yerləşən Davida Deutsch və həyat yoldaşı evdə keçirdikləri ilk gecədə qəribə səslər eşidib oynadıqlarını söyləyiblər.

Son olaraq “Interstellar” və “A Most Violent Year” filmlərində izlədiyimiz Oskar namizədi olan aktrisa Jessica Chastain-ın sevgilisiylə yaşayacağı bu evdə 4 yataq otağı və 4 vanna otağı var.





Aytən Sadıqzadə