Türkiyənin “Star” televiziyasında yayımlanan “Zuhal Topalla” evlilik proqramında iştirak edən azərbaycanlı model Əli Əkbərdən “yox” cavabı alan türkiyəli iştirakçı Səhər göz yaşları içində verilişi tərk edib.
Oxu.Az xəbər verir ki, proqramın növbəti buraxılışına yenidən qatılan Səhər ondan dəfələrlə şans istəməsinə baxmyaraq, Əli təkidlə imtina edib.
Gülər adlı digər iştirakçı Əlinin hələ də Nazı sevdiyini iddia edib. Gülər verilişə məhz Əliyə görə qatıldığını bildirib. Lakin Əli onunla çay içməyə yollandıqdan sonra münasibətlərinin alınmayacağını söyləyib.
Daha sonra proqrama Əli üçün daha bir namizəd gəlib. Əli həmin xanıma da “yox” cavabını verib.
Kadrlara 1,27-ci dəqiqədən baxa bilərsiniz:
A.S.
www.oxu.az