Diyarbəkirdəki bir kafedə verdiyi konsert əsnasında 12-13 yaşlarında iki yeniyetmənin əldə düzəldilmiş bombanı partlatması 16 yaşlı müğənni Aleyna Tilkini qorxudub.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, partlayışdan sonra məkandan təcili çıxarılan və şəhərdən ayrılan ifaçı “Çox qorxdum, bir müddət səhnədən uzaqda qalacağam” deyib.

Spirtli içki olan məkanlarda səhnəyə çıxmamaq qərarı alan Aleyna Tilki Diyarbəkirdəki kafedə verdiyi konsert barəsində “Spirtli içki olmayan məkan idi, mən axşam səhnəyə çıxdım” söyləyib.

Aytən Sadıqzadə
www.oxu.az