Türkiyəli məşhur aktrisa Sinem Kobal bu il ad gününü qeyd etməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə aktrisa “Instagram” hesabında paylaşım edib.
O bildirib ki, ad günü keçirmək əvəzinə xərçəngə tutulan uşaqlara kömək edəcək.
Bunun üçün kampaniya başlatdığını deyən aktrisa profilindən linklər paylaşaraq, izləyicilərini dəstəyə çağırıb.
View this post on Instagram