Türkiyəli məşhurların stilisti kimi tanınan Kemal Doğulu əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, “müvazinətimi itirərək yıxıldım. Sağ ayağım topuq hissədən qırıldı və əməliyyat olundum. Ayağıma 2 ədəd platin yerləşdirildi”, -deyə stilist bildirib.
Qeyd edək ki, Kemal Doğulu “İşte benim stilim” dəb yarışmasının ötən mövsümlərindəki münsiflər heyətində yer alıb.
