Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində həbs olunan müğənni Atilla Taş Silivri həbsxanasında evlənib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 41 yaşlı ifaçı “Twitter”də tanış olduğu 35 yaşlı Meltem Güler ilə nikah bağlayıb.
Atilla Taş məhkəmənin 3 sentyabr 2016-cı il tarixli qərarına əsasən, “FETÖ təşkilatı içindəki ierarxik quruluşa daxil olmamaqla birlikdə, bilərək və istəyərək təşkilata kömək etmək” günahı ilə həbs olunub.
Aytən Sadıqzadə
www.oxu.az