Türkiyənin “TV8” televiziyasında yayımlanan “O Səs Türkiyə” mahnı müsabiqəsində Kamran Arif adlı azərbaycanlı ifaçı çıxış edib.
Oxu.Az xəbər verir ki, o, verilişdə türkiyəli müğənni-bəstəkar Soner Sarıkabadayının “Sadem” mahnısını səsləndirib. Münsiflər heyətinin üzvlərindən yalnız Yıldız Tilbe ona tərəf dönüb və həmyerlimiz mübarizəni onun komandasında davam etdirməyə şans qazanıb.
A.S.
www.oxu.az