Müğənni Hadisənin “O səs Türkiyə”nin ötənilki qalibi Dodan Özer ilə sevgili olduğu ortaya çıxıb.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, ifaçı bir müddət əvvəl müsahibələrindən birində “Yalnız deyiləm. Həyatımda biri var” deyib. İfaçı ötən gün isə sosial şəbəkədə Dodan Özer ilə birgə səmimi fotoşəklini paylaşıb. Bu isə onların mediadan gizli sevgi münasibətləri yaşaması barədə yayılan iddiaların doğru olmasına zəmin yaradıb.
Hadisə həm də münsif olduğu adıçəkilən yarışmada D.Özeri dəstəkləmişdi.
A.S.
www.oxu.az