Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Oksana “Qarabağ”a dəstək oldu - FOTO
Rəqqasə Oksana Rəsulova “Qarabağ” futbol komandasına dəstək olub.
Oxu.Az xəbər verir ki, sözügedən komandanın formasında fotosunu sosial şəbəkədə paylaşan rəqqasə “Mən “Qarabağ” futbol komandasının xanım azarkeşiyəm. Səni sevirəm “Qarabağ”. Hədiyyələr üçün çox sağ ol” sözlərini yazıb.
Qeyd edək ki, Avroliqanın qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” – “Dnepr” görüşünü izləyənlər arasında tanınmış simalar da olub. Belə ki, Ağdam təmsilçisinə dəstək olmaq üçün ATV kanalının məşhur aparıcısı Xoşqədəm Baxşəliyeva, həyat yoldaşı, türk müğənnisi Doğuşla birgə stadiona gəliblər.
Çox təəssüflər olsun ki, təmsilçimiz doğma meydanda məğlubiyyətlə üzləşib:
“Qarabağ” – “Dnepr” 1:2 (1:1)
Aytən Sadıqzadə