Rəqqasə, aktrisa Oksana Rəsulova 24 il əvvəl çəkilən videogörüntüsünü sosial şəbəkədə paylaşıb.
Oxu.Az xəbər verir ki, o, paylaşımına “11 yaşında olarkən mən” şərhini yazıb.
Qeyd edək ki, O.Rəsulova ixtisasca ginekoloq və dəri-zöhrəvi həkimdir. 3 yaşından hind rəqslərinə böyük həvəsi olan, 8 yaşından isə rəqslə məşğul olan Oksana 1999-cu ildən başlayaraq artıq böyük səhnələrdə rəqqasə kimi çıxış etməyə başlayıb. Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə qalib, eyni zamanda 2-ci və 3-cü dərəcəli laureat olub.
2007-ci ildə Moskvada Hind rəqs ulduzları ilə birgə “Şavratri” adlı ilk keçirilən müziklda “Apsara” rolunu ifa edib. 2008-ci ildə isə Sankt-Peterburqda keçirilən “Beynəlxalq Hind Rəqsləri Müsabiqəsi”ndə 1-ci yerə layiq görülüb.
2009-cu ilin oktyabr ayında Azərbaycanı Hind mədəniyyəti festivalı “Divali - 2009”-da da təmsil edib və 1-ci yeri qazanıb. Həmin müsabiqənin münsiflərindən biri erməni qizi Narina Laryan olub. Oksananın rəqsi erməni münsifi o qədər valeh edib ki, o, Oksanaya müsabiqənin ən yüksək xalı hesab edilən 10 xalı verib.
Daha sonra “Hind rəqsləri üzrə 3-cü açıq konkurs”da iştirak edib və 3-cü yeri tutub.
2014-cü ildə Hindistanın “Zee TV” telekanalında “India's Best Cine Star Ki Khoj” adlanan realiti-şouya qatılıb və birinci yerə layiq görülüb.
A.S.
www.oxu.az