Bu il 41-ci dəfə həyata keçən “Altın Kelebek Ödülleri” mükafatı, “Magnum Altın Kelebek Ödülleri” adı ilə öz sahiblərinə qovuşdu.
Oxu.Az magazinci.com saytına istinadla xəbər verir ki, televiziya və musiqi aləminin ən yaxşılarının mükaftalandırıldığı gecənin xüsusi dəvətli qonağı Hollivud ulduzu Cessika Alba olub.
Gecədə mükafat alan məşhurların siyahısını təqdim edirik:
“Ən yaxşı qadın aktrisa” – Serenay Sarıkaya
“Ən yaxşı kişi aktyor” – Halit Ergenç
“Ən yaxşı qadın aparıcı” – Esra Erol
“Ən yaxşı kişi aparıcı” – İlker Ayrık
“Ən yaxşı dramatik ekran işi” – “Küçük Ağa”
“Ən yaxşı uşaq aktyoru” – Emir Berke Zincidi
“Ən yaxşı yumoristik serial” – “Arkadaşım Hoşgeldin”
“Ən yaxşı qadın yumor aktrisası” – Binnur Kaya
“Ən yaxşı kişi yumor aktyoru” – Tolga Çevik
“Ən yaxşı musiqi qrupu” – “Duman”
“Ən yaxşı serial musiqisi” – Toygar Işıklı
“Ən yaxşı serial rejissoru” – Altan Dönmez
“Ən yaxşı türk-pop kişi ifaçısı” – Murat Boz
“Ən yaxşı solist” – İrem Derici, Mabel Matiz, Oğuzhan Koç
“Ən yaxşı türk-pop qadın ifaçısı” – Gülşen
“İlin mahnısı” – “Yatcaz, kalkcaz”
“Ən yaxşı kişi xəbər aparıcısı” – İrfan Deyirmenci
“Ən yaxşı yarışma proqramı” – “Büyük risk”
“Ən yaxşı klassik musiqi qadın ifaçısı” – Sibel Can
“Ən yaxşı idman verilişi” – “Maraton”
“Türk xalq musiqisinin xüsusi mükafatı” – Zara, Kubat
“Ən yaxşı klip” – Yalın , “Yeniden”
“Ən yaxşı ssenari müəllifi” – Eylem Canpolat, Sema Ergenekon (“Karadayı”)
“Ən yaxşı maqazin verilişi” – “Söylemezsem, olmaz”
“Ən yaxşı mədəniyyət verilişi” – “Afişa”
Aytən Sadıqzadə
www.oxu.az