“Mattel” firması gənc müğənni Zendayadan ilham alaraq əsmər, uzun saçlı Barbi oyuncağı satışa çıxarıb. Məhdud sayda istehsal olunan Barbinin təqdimatına 19 yaşındakı Zendaya da qatılıb.

Oxu.Az xəbər verir ki, ifaçı tədbirdə “Uşaq ikən özümə bənzəyən Barbi oyuncağı tapa bilmrdim. Zaman necə də dəyişdi” deyib.
Əsl adı Zendaya Maree Stoermer Coleman olan gənc ulduz karyerasına “Future Shock Oakland” adlı rəqs qrupu ilə başlayıb. Gənc yaşlarından Katy Perry-nin hit sinqlı olan “Hot n Cold” klipinin Kidz Bop versiyasında oynamaq üçün Macy 's və Old Navy'dən model olaraq məzun olub.

2009-cu ildə “Disney Channel” serialında Rocky Blue rolunda oynamaq üçün seçim turlarına qatılıb. Serialda söylədiyi mahnılardan bir neçəsi sinql olaraq yayımlanıb. 2013-cü ilin əvvəllərində Zendaya “Dancing With the Stars”ın 16-cı mövsümünə şounun ən gənc yarışmacısı olaraq qatılıb və ikinci olub. Daha sonra “Between U and Me” kitabı və yeni albomu “Zendaya” işıq üzü görüb.

Albomundakı “Replay” mahnısına çəkilmiş klipi 16 iyul 2013-cü ildə təqdim olunub və “Bilboard Hot 100”də 40, Yeni Zelandiyada 18-ci olub, 30 iyul 2014-cü ildə RIAA tərəfindən platin olaraq sənədləşdirilib. Öz adını daşıyan albomu 17 sentyabrda işıq üzü görüb və “Billboard 200”də 51-ci olub.

Aytən Sadıqzadə
www.oxu.az