Azərbaycanın ofisdə çalışan xanımları 1 milyon rubl (29 732 AZN - red.) mübarizəsi üçün “Miss Ofis” beynəlxalq müsabiqəsinə dəvət olunur.
Oxu.Az xəbər verir ki, “Miss Ofis” yarışması - gözəl, istedadlı və uğurlu qadınların 1 milyon rubl uğrunda mübarizəsidir.
Şounun finalı Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
Müsabiqədə 18–35 yaşlı qadınlar iştirak edə bilər.
Yarışmanı 1700 tamaşaçı izləyəcək. Baş mükafat 1 milyon rubldan əlavə, finalda xarici ölkəyə səyahət, zinət əşyaları, paltarlar və digər dəyərli əşyalar oynanılacaq.
Müsabiqə haqqında ətraflı:http://www.missoffice.ru/
Müraciət göndərmək üçün: http://www.missoffice.ru/anketa2017.php
E.Ə.
www.oxu.az