Daha bir rusiyalı müğənni paytaxtımızın qonağı olacaq.
Oxu.Az xəbər verir ki, bəstəkar-müğənni Yelena Vaenqa sentyabrın 28-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Biletlərin qiyməti 30-270 manat arasında dəyişir.
Qeyd edək ki, Rusiya estradasının ulduzu “Darıxıram”, “Qar”, “Ağ quş” və s. kimi mahnıları ilə sevilib.
