Türkiyədə konsert verməyə hazırlaşan Şakira rayder istəkləri ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, 11 iyul axşamı İstanbulda səhnəyə çıxmağa hazırlaşan müğənnini övladları Milan və Saşa da müşayiət edəcək.
Kulisi üçün hazırlıq görülməsini istəyən Şakira otağa gümüş çəngəl, bıçaq dəsti, Antep fıstığı, təzə meyvə, şokolad, çərəz və məzə istəyib.
Meyvələr olan siyahıda dilimlənmiş qarpız, tumsuz üzüm, ananas, banan, manqo, qoz da var.
70 faizlik tünd şokolad istəyən Şakira oğlanları üçün çiyələk, portağal və dəniz duzu aromalı şokolad sifariş verib.
İçkilər sırasında su və limonaddan əlavə yaşıl tərəvəz suyu, hind qozu suyu və qəhvə də var.
O, yeməklərinin yanında gümüş çəngəl və bıçaq dəstinin olmasının mütləq olduğunu qeyd edib.
Şakiranın digər istəyi isə mebellərlə bağlıdır. İfaçı kulisində və otel otağındakı bütün mebel və dəsmalların ağ rəngdə olmasını tələb edib.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər