Rəqqasəliklə başlayıb müğənniliklə davam edən Sevda Sanəliyevadan xəbər var.
Oxu.Az məlumat verir ki, müğənni illərcə sürən sakitlikdən sonra yeni mahnı təqdim edib.
“Sənsizliyə öyrəşdim” adlanan mahnının musiqisi Zülfi Bədəlov, sözləri Altay Yaşar, aranjimanı isə Elvin Musayevə məxsusdur.
Müğənninin Oxu.Az-a verdiyi məlumata görə, yeni mahnının klipi fevral ayının sonlarında çəkiləcək.
Klipdə süjet xətti olmayacaq. Klipi Nail Naiboğlu və Pərviz ekranlaşdıracaq.
Bundan başqa, biri Bakıda, digəri isə Dubayda olmaqla iki klip də çəkiləcək.
S.Sanəliyevanın “Sənsizliyə öyrəşdim” adlı mahnısını sizə təqdim edirik.
Aytən Sadıqzadə
www.oxu.az