“Bu Şəhərdə” teatrının Sumqayıtda planlaşdırılan konserti ləvğ edilib.
Oxu.Az xəbər verir ki, bu barədə məşhur teatrın prodüseri Müşfiq Abbasov sosial şəbəkədə məlumat paylaşıb.
M.Abbasov komandanın iki əsas üzvü - Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovun çıxışına icazə verilmədiyini yazaraq, bu məsələyə etirazını bildirib:
“Əziz Sumqayıt tamaşaçılarımız, artıq 15 gündür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib.
Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si “Bu Şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.
“Bakı, Moskva, London, Riqa, Köln, Tbilisi və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zal ilə danışıqlar olur. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən “Bu Şəhərdə”yə Sumqayıtda icazə vermədilər”.
Посмотреть эту публикацию в Instagram"Bakı" teqi üzrə xəbərlər
- Bakıda və Abşeronda tozun miqdarı normadan iki dəfəyə yaxın artıqdır - RƏSMİ
- Bakıda üç avtomobil bir-birinə çırpıldı - FOTO
- Binədə 20-dən çox şəxsin xəsarət aldığı qəza: Avtobus niyə hələ də hadisə yerində qalır? - FOTO - VİDEO
- Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər TUTULDULAR - VİDEO
- Xəzərdə batmaqda olan iki nəfər XİLAS EDİLDİ
Ən çox oxunanlarDigər xəbərlər