Türkiyə beynəlxalq mahnı müsabiqəsi “Eurovision”da yenidən iştirak etmək niyyətində deyil.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin baş nazirinin birinci müavini Bəkir Bozdağ bəyan edib.
Bundan əvvəl, Türkiyə KİV maNga qrupunun Twitterdəki paylaşımını ölkənin 2018-ci ildə müsabiqədə iştirakına işarə kimi qəbul etmişdi.
““Eurovision? Yenə, yenə, yenə”, - 2010-cü ildə müsabiqədə ikinci yeri tutan qrup yazıb.
KİV ehtimal edir ki, maNga ölkəni Lissabonda təmsil edəcək.
Hazırda belə bir planımız yoxdur, IHA agentliyi Bozdağın sözlərini sitat gətirir.
“Eurovision-2018” Portuqaliyanın paytaxtı Lissabonda 8,10 və 12 may tarixlərində keçiriləcək.
Türkiyə 2013-cü ildən müsabiqədə iştirak etmir.
S.B.
www.oxu.az